CƏMİYYƏT


Bakıda pulemyot satmaq istəyən şəxs tutuldu

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Təbriz Qasımov tutularaq istintaqa təqdim edilib. Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman bir “RPK” markalı “Kalaşnikov” konstruksiyalı əl pulemyotu, bir daraq və 24 patron aşkarlanıb.