CƏMİYYƏT


“Papanin” və “Kubinka”da 8 nəfər saxlanıldı

Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 8 nəfər - Elnarə Əliyeva, Ələkbər Abuzərov, Cavad Quliyev, Nəcməddin Mehdiyev, Rüfət Quliyev, Zöhrab Dadaşbalayev,Vaqif Abdullayev və Ədalət Həsənov saxlanılıblar. Həmin şəxslərdən külli miqdarda heroin, tiryək, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.