RƏSMİ


Prezident İlham Əliyev Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kailaş Satyarti X Qlobal Bakı Forumunun əhəmiyyətindən danışdı, özünün dediyi kimi, bu cür tarixi bir tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq etməkdən məmnunluğunu ifadə etdi.