SİYASƏT


Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub

Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafına görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada 2-ci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqətində olub. Dünyada liderlərin dostluq əlaqələrinin töhfələri sayəsində yaxşı dövlətlərarası münasibətlər nümunəsindən danışsaq, Azərbaycan-Çin əməkdaşlığını qeyd etmək doğru olar. Dövlət başçısı İlham Əliyev və Si Cinpin arasında sıx dialoq, qarşılıqlı hörmət və ehtiram Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayıb.