SİYASƏT


Bakı Forumu çərçivəsində “Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı” mövzusunda iclas keçirilib

X Qlobal Bakı Forumu çərçivəsində martın 12-də Heydər Əliyev Mərkəzində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş birinci panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, "Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı" mövzusundakı panel iclasına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin moderatorluq edib.
İclasda Albaniya Prezidenti Bayram Beqay xüsusi məruzə ilə çıxış edib.