CƏMİYYƏT


Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib

Tovuzda yol nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.
AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Tovuz rayonunun Əlimərdanlı kənd ərazisindən keçən hissəsində baş verib.
Körpü üzərində “Mercedes” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “Mitsubishi”nin sürücüsü 38 yaşlı Elçin Yaqubəliyev hadisə yerində dünyasını dəyişib, Vüsal Kərimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.