CƏMİYYƏT


Binə qəsəbəsində 11 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində 11 evdən oğurluqlar edən dəstə üzvləri saxlanılıblar. Əməliyyat nəticəsində həmin qəsəbədə yaşayan Yunsur Rəhimov, qardaşı Ələsgər və qohumları yetkinlik yaşına çatmayan daha bir nəfər tutulub. Bu şəxslərin evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub. Araşdırma zamanı dəstə üzvlərinin Sabunçu və Suraxanı rayonunda da mənzillərdən oğurluqlar etdikləri müəyyən edilib.