CƏMİYYƏT


İsmayıllıda 27 baş zubr vəhşi təbiətə buraxılıb

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində 27 baş zubr vəhşi təbiətə buraxılıb. Bununla da Avropadan ölkəmizə gətirilərək Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə buraxılan zubrların sayı 41 başa çatıb.