CƏMİYYƏT
Bakıda İranlı “Əli” adlı narkotacirin daha bir adamı həbs edilib
15.03.2023 [15:21]
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb. Polisə Tamerlan adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs– əvvəllər məhkum olunmuş Tamerlan Əliyev tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərindən 3 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə “Əli” kimi tanıdığı İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
18.03.2023 [22:47]
18.03.2023 [22:18]
23.03.2023 [15:07]
15.03.2023 [16:07]
08.03.2023 [16:49]
24.03.2023 [09:34]