SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda güləş yarışı keçirilib

Əlahiddə Ümumqoşun Orduda müxtəlif idman yarışlarının keçirilməsi davam etdirilir. Hərbi qulluqçular bu dəfə Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən güləş yarışlarında güclərini sınayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov idmanın əhəmiyyətindən danışıb, birinciliyin məqsəd və qaydalarını idmançı hərbi qulluqçuların diqqətinə çatdırıb. Qeyd olunub ki, hər bir hərbi qulluqçu döyüş hazırlığı ilə yanaşı fiziki hazırlığını da daim yüksək səviyyədə saxlamalıdır. Ordumuzda idmanın inkişafı hər zaman diqqət mərkəzində saxlanılır, şəxsi heyətin idmana marağının artması istiqamətində müxtəlif işlər görülür. Keçirilən müxtəlif idman yarışları da görülən işlərin davamıdır.