Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olublar
Dövlətimizin başçısı kənddə Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
18.03.2023 [22:47]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Talış kəndində Xatirə daşına baxış keçirdilər.