CƏMİYYƏT


Texniki Baxış Mərkəzləri bayram günlərində sürücülərə fasiləsiz xidmət göstərəcək

Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində Novruz bayramı ilə əlaqədar olaraq gücləndirilmiş və fasiləsiz iş rejimi tətbiq edilir. Sürücülərdən Novruz bayramı ilə əlaqədar olaraq qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyyə olunur.