CƏMİYYƏT


Qazan xanın yurd saldığı “Qazan köşkü”

Cəlilabad rayonunda yerləşən “Qazan köşkü” tarixi abidə olmaqla yanaşı, rayonda ən hündür ərazi hesab olunur. Buradan nəinki Cəlilabad, həmçinin qonşu əraziləri seyr etmək mümkündür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qazan köşkü” Cəlilabad şəhərindən 25-27 kilometr aralıda, Musalı kəndinin şimal-şərqində, Burovar silsiləsinin ən ucqar nöqtələrindən birində, dəniz səviyyəsindən min metr yüksəklikdə yerləşir.
Abidənin adındakı “köşk” sözü qala mənasında işlənir. “Qazan köşkü” dairəvi, ellips formasındadır. Ərazisi bir hektardan artıq sahəni əhatə edir. Azərbaycan arxeologiyasında “Qazan köşkü” abidəsi XIV əsrə aid edilir və Hülakü hökmdarı Qazan xanın (1295-1304) quruculuq fəaliyyəti ilə əlaqələndirilir.