CƏMİYYƏT


Şuşada fəaliyyət göstərən yeganə kuryerin bir günündən REPORTAJ

Əzəmətli, hər qarışında bir tarix barındıran Şuşaya geri dönəcəyimizi, orda müxtəlif peşələrdə çalışıb, xalqımıza xidmət göstərəcəyimizi düşünmək bir vaxtın xəyalı idisə, son 3 ilin möcüzəvi reallığıdır. İndi Şuşa yenidən qurulur, ötən 30 ilin ermənilərdən qalan kirli keçmişi bərpa prosesi ilə təmizlənir. Bu prosesin parçası olanlar arasında bir çox peşənin insanları var. Müsahibimiz isə həmin peşənin insanlarına xidmət göstərərək qala-şəhərdə qutsal vəzifəni icra etməklə yanaşı, həm də sevdiyi işlə məhz Şuşada məşğul olmağın zövqünü yaşayır.