SİYASƏT
Məcid Araz: Cənubi Azərbaycan türklərinin etirazları İran dövləti tərəfindən çox qanlı şəkildə yatırılır
25.03.2023 [18:28]
Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin iştirakı ilə “Azadlıq və ədalət yürüşü” adlı mitinq keçirilir.
Cənubi Azərbaycan Milli Müqavimət Təşkilatının mətbuat katibi Məcid Araz AZƏRTAC-a açıqlamasında mitinqlə bağlı bunları deyib: “Mitinqimizin əsas şüarı “Azadlıq, ədalət və milli hökumət”dir. Hazırda Güney Azərbaycanda da əsas şüarımız məhz budur. Bizim bütün tələblərimizi bu şüar əhatə edir. Azadlıq, ədalət və təbii ki, milli hökumət, milli hakimiyyətimizin yenidən təsis olunması millətimizin əsas istəyidir ki, Brüsseldə keçiriləcək mitinqdə elə bu tələblə çıxış edəcəyik. Mitinqə Cənubi Azərbaycanda, Şimali Azərbaycanda, Türk ölkələrində, Avropada yaşayan minlərlə soydaşımızın qatılmasını gözləyirik”.