CƏMİYYƏT


Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində quldurluq edilməsi ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Abdul Əlislamov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs tanışı E.Kərimovu ötən ilin oktyabr ayında əllərini bağlayaraq fotoşəkillərini çəkib və yayacağı hədəsi ilə 5000 manat pul tələb edib, 3500 manat aldıqdan sonra isə onu sərbəst buraxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır