DÜNYA


Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya uğrayıb: 20 ölü, 29 yaralı

Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gələnləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 20 nəfərin öldüyü bildirilir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, Məkkəyə gedən avtobusun əyləcində baş verən nasazlıq nəticəsində avtomobil körpüyə çırpılaraq yanmağa başlayıb. Qəza nəticəsində 20 nəfər ölüb, 29 nəfər yaralanıb.