CƏMİYYƏT


Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş olunub

Maliyyə Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 28-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən “Qurtuluş” tamaşası nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev ideyalarının daha dərindən öyrənilməsi və təbliği məqsədilə səhnələşdirilən tamaşada Ümummilli Liderin bədii obrazı canlandırılıb, onun həyatı və siyasi fəaliyyəti ilə bağlı maraqlı fraqmentlər əks etdirilib.