Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Türkiyə dünyada yeganə olan pilotsuz katerindən raket buraxdı

29.03.2023 [10:16]

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün hazırlanan MARLIN SIDA (silahlı pilotsuz dəniz aparatı) daha bir yeniliyi ilə gündəm olub. Belə ki, SIDA-dan “Kuzgun-KY” raketinin buraxılışı həyata keçirilib. Nazirlik sınağın uğurlu olduğunu bildirib və bununla bağlı görüntüləri yayıb. Qeyd edək ki, MARLIN SIDA dünyada elektron döyüş qabiliyyətinə malik yeganə pilotsuz hərbi katerdir.