Ceyhun Bayramov: İsrail-Azərbaycan münasibətləri yeni mərhələyə yüksəlib
29.03.2023 [16:59]
Xəbərin mətni
İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında tərəfdaşlığın inkişaf etdiyini və münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı ilə Yerusəlimdə keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, mütəmadi təmaslar Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verir. O, həmçinin parlamentlər arasındakı əlaqələrin də yaxşı səviyyədə olduğunu bildirib.