CƏMİYYƏT
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs saxlanılıb
30.03.2023 [17:52]
Binəqədi rayonunda sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üstündə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb. Tədbir zamanı əvvəllər məhkum olunmuş Elşən Həsənzadə tutularaq istintaqa təqdim edilib. Onun üstünə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və 10 ədəd patron aşkar edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
28.05.2023 [17:22]
28.05.2023 [01:20]
28.05.2023 [18:33]
25.05.2023 [22:19]
25.05.2023 [18:10]
21.04.2023 [09:33]