SİYASƏT


İranın Ermənistana növbəti dəstəyi - İlqar Vəlizadənin ŞƏRHİ

30 il ərzində İrandan Azərbaycan torpaqlarının işğalı ilə bağlı Ermənistana təzyiqlər olmadı. Uzun illər Azərbaycan terrorçularla mübarizə aparıb. Təəssüflər olsun ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin düşmən tərəfindən işğal edilməsi də İranda heç bir narahatlıq doğurmadı... İranın Ermənistana müəyyən dəstəkləri indi də davam edir. Bu fikirləri İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin ölkəmizin əleyhinə səsləndirdiyi çirkin iftira və böhtan xarakterli fikirlərə münasibətində politoloq İlqar Vəlizadə deyib.