Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tbilisidə oteldə baş verən yanğın lokallaşdırılıb

31.03.2023 [21:20]

Martın 31-də Tbilisinin mərkəzindəki, Şavteli küçəsində yerləşən məşhur “Ambassador” otelində baş verən yanğın lokallaşdırılıb.Gürcüstanın Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Otelin 3-cü və 4-cü mərtəbələri tamamilə yanıb.
Yanğının səbəbi araşdırılır.