ABŞ-da fövqəladə vəziyyət elan edildi
01.04.2023 [10:55]
ABŞ-ın Arkanzas ştatının paytaxtı Litl-Rok şəhəri dağıdıcı tornado ilə qarşı-qarşıyadır. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Arkanzas ştatında 78 mindən çox insanın elektrik enerjisi kəsilib. Ən son məlumatlara görə təbii fəlakət nəticəsində azı 3 nəfərin öldüyü, 28-nin isə yaralandığı bildirilir.