SİYASƏT


Avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib

Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 112 gündür davam edir. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər maneəsiz hərəkət edir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 2 minik, 16 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib. Gün ərzində isə ümumilikdə Rusiya sülhməramlılarının 27, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə 9 avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb.