DÜNYA


Rusiyada partlayış törətməkdə şübhəli bilinən gənc qız saxlanılıb

Hərbi müxbir Vladlen Tatarskinin qətlində şübhəli bilinən Sankt-Peterburq sakini, 1997-ci il təvəllüdlü Darya Trepova saxlanılıb. Bu barədə “İnterfaks” məlumat yayıb. O, müstəntiqin yanına aparılıb. İstintaq hesab edir ki, Trepova kafeyə içində partlayıcı olan heykəlcik gətirib. Belə ki, Vladlen Tatarskinin əlində ona hədiyyə olunmuş kiçik heykəl partlayıb. Nəticədə V.Tatarski həlak olub, 32 nəfər xəsarət alıb.