DÜNYA


Rusiyada odlu tornado qeydə alındı

Rusiyanın Zabaykalsk rayonunun Rudnik Abaqaytuy kəndi yaxınlığında tüğyan edən yanğın zamanı nadir hadisə qeydə alınıb. Baş verənləri hadisə şahidləri çəkərək görüntüləri sosial şəbəkələrdə yayıblar. Kadrlarda yanğın zamanı çöldə odlu tornadonun necə əmələ gəldiyi əks olunub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğınsöndürənlər kəndi müdafiə etməyə və alovun yaşayış binalarına keçməsinin qarşısını ala biliblər.