SİYASƏT


“Ən yaxşı mühəndis-istehkam bölüyü” adı uğrunda yarış keçirilir

Cari ilin döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun N hərbi hissəsində “Ən yaxşı mühəndis-istehkam bölüyü” adı uğrunda yarış keçirilir.
Təsdiq olunan plana uyğun olaraq keçirilən yarışda hərbi qulluqçuların mühəndis qoşunlarının silahlandırma vasitələri və qoşun xidməti üzrə nəzəri, eləcə də fərdi şəkildə ixtisas bilikləri yoxlanılır.
Daha sonra istehkamçılar xüsusi təchiz edilmiş təlim meydançasında mina sahələrinin qurulması, keçidlərin açılması, minaaxtaranlar vasitəsilə mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, eləcə də mühəndis-istehkam təminatı üzrə digər tapşırıqları yerinə yetirirlər.