SİYASƏT


Azərbaycanın neft tarixi ARTE telekanalında

Avropanın ARTE telekanalı Azərbaycanın neft tarixinə dair fransız dilində reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan - Odlar və neft diyarı” adlı reportajda ölkəmizin zəngin neft və təbii qaz ehtiyatlarına sahib olduğu bildirilib. Ölkənin “Odlar Yurdu” adlandırılmasının da məhz bununla əlaqədar olduğu qeyd edilib.
Reportajda Robert Nobelin Bakıya gəlişindən, 1875-ci ildə Nobel qardaşlarının Bakıda “Nobel Qardaşları” şirkətini yaratmasından bəhs olunub. Dünyada sənaye üsulu ilə ilk neftin məhz Bakıda çıxarılması xüsusi vurğulanıb. Bundan başqa, Azərbaycan milyonçusu, mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı Hacı Zeynalabdin Tağıyevin ilk milli sənayeçilərdən biri olduğu qeyd edilib.