SİYASƏT


Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən sərbəst keçdi

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 115-ci günündə də Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 38 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Şəxsi heyəti daşıyan avtomobillərin ikisinin içində mülki vətəndaşlar olub. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 57, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə 9 avtomobili keçib.