DÜNYA
Çin “Hyperbola-1” kommersiya raketini orbitə buraxıb
07.04.2023 [10:35]
Çin “Hyperbola-1” (SQX-1) kommersiya bərk yanacaq daşıyıcı raketini orbitə buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bu dəfə əsas vəzifə raketi sınaqdan keçirmək, həmçinin onun uçuşu haqqında məlumat əldə etməkdir. Bu, SQX-1-in beşinci buraxılışıdır.
“Hyperbola-1” Çinin “i-Space” şirkəti tərəfindən istehsal edilib. Onun uzunluğu 20 metr, əhatə dairəsi radiusu 1,4 metr, faydalı yükün kütləsi 300 kiloqramdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
31.05.2023 [14:20]
31.05.2023 [12:54]
31.05.2023 [10:46]
29.05.2023 [21:54]
31.05.2023 [15:17]
31.05.2023 [15:17]
31.05.2023 [15:12]