SİYASƏT
Müdafiə naziri Komando Dağ Təlim Mərkəzində
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə aprelin 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komando Dağ Təlim Mərkəzini ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir mərkəzdə Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi "Komando başlanğıc kursu"nun gedişatı ilə tanış olub.
Məruzə edilib ki, çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir. Keçirilən məşğələlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, döyüş vərdişlərinin təkmilləşdirilməsi, eləcə də liderlik keyfiyyətlərinin artırılmasına yönəldilir.