SİYASƏT


Media nümayəndələrinə artilleriya bölmələrinin nümunəvi döyüş hazırlığı məşğələsi nümayiş etdirilib

Dünyada qalib ordular sırasına adını yazan Azərbaycan Ordusu öz ayıq-sayıqlığını, gücünü, qüdrətini daim qorumaq üçün təlim məşq proseslərini bu gün də davam etdirir. Aprelin 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə baş tutan mediaturda artilleriya bölmələrinin növbəti nümunəvi döyüş hazırlığı məşğələsi də nümayiş etdirilib. Məşq zamanı artilleriya bölmələrinin hərəkəti və hədəfin müəyyən edilməsi tapşırıqları həyata keçirilib. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunmuş ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.