MƏDƏNİYYƏT


TÜRKSOY-un UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi

Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr üçün sədrliyi çərçivəsində sözügedən Milli Komissiyanın Daimi Katibliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov işğaldan azad olunmuş Şuşa şəhərində tarixi və mədəni irsimizə qarşı Ermənistan tərəfindən törədilmiş vandalizm aktları, həmçinin Azərbaycan dövləti tərəfindən burada həyata keçirilən bərpa-quruculuq işləri ilə bağlı tədbir iştirakçılarına məlumat verib.