DÜNYA


Çinin “Şandon” təyyarədaşıyan gəmisi Tayvan ətrafındakı hərbi təlimlərə cəlb olunub

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Tayvan adası ətrafında keçirdiyi təlimlərdə ilk dəfə iştirak edən “Şandon” gəmisi adanın blokadası və atəşə tutulmasının imitasiyasında yer alıb.
Qeyd edək ki, ÇXAO aprelin 8-də Tayvan adasının şimalında, cənubunda və şərqində dənizdə və havada döyüş hazırlığı təlimləri və patrul fəaliyyətini birləşdirən əməliyyatlara başlayıb. ÇXAO-nun Şərq qoşunları komandanlığı hərbi təlim və patrul fəaliyyətinin “Tayvanın müstəqilliyi”nə can atan separatçıların və onları dəstəkləyən xarici qüvvələrin təxribatlarına ciddi xəbərdarlıq, Çinin suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün vacib fəaliyyət olduğunu açıqlayıb. Əməliyyata hərbi dəniz, hərbi hava, habelə strateji raket və artilleriya qüvvələrinin çoxlu sayda texnikası və şəxsi heyəti cəlb olunub. Çin Mərkəzi Televiziyası adanın qurudan və sudan “atəşə tutulmasını” əks etdirən animasiya yayıb.