Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Peruda avtobus uçurumdan aşıb, 10 nəfər ölüb

11.04.2023 [10:27]

Xəbərin mətni

Perunun qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “La Republica” qəzeti məlumat yayıb.
Məlumata görə, qəza zamanı Huanuko şəhərindən Limaya gedən avtobusda 76 nəfər olub. Zərərçəkənlərdən 12-si aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib.