SİYASƏT


Hüquqşünas: Əsir düşən hərbiçimizə verilən işgəncə müharibə cinayətidir

Yolu azaraq Ermənistan tərəfinə keçən hərbiçimizə verilən işgəncə, göstərilən vəhşi davranış həm müharibə cinayətidir, həm də insanlıq əlehinə cinayətdir. Eyni zamanda bu edilənlər Ermənistanın da tərəfdarı olduğu Cenevrə konvensiyalarına tamamilə ziddir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ekspert, hüquqşünas Sahib Məmmədov deyib. O eyni zamanda deyib ki, əgər Ermənistan beynəlxalq hüquqlara hörmət edirsə, bunu edənləri cəzalandırmalıdır.