SİYASƏT


Birinci vitse-prezidentin köməkçisi fransızdilli “i24NEWS” telekanalına müsahibə verib

Ermənistana İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalamağı təklif etmişik. Biz iki ölkə arasındakı münasibətlərin beynəlxalq hüquq əsasında qurulmasının tərəfdarıyıq. Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməmək siyasəti yürüdür və məhz bu, sülh yaradılması prosesinə mane olur. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Avropada nüfuzlu elektron KİV-lərdən sayılan fransızdilli “i24NEWS” telekanalına müsahibəsində deyib.