DÜNYA


Yaponiya baş nazirinin çıxışı zamanı partlayış oldu

Yaponiyanın qərbindəki Vakayama prefekturasında ölkənin Baş naziri Fumio Kişidanın çıxış edəcəyi yerin yaxınlığında güclü partlayış baş verib.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, Kişidanın çıxışından əvvəl naməlum şəxs tüstü şaşkası və ya məşəl kimi görünən əşyanı atıb, sonra partlayış olub. Hücum edən şəxs dərhal təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb.

Qeyd olunub ki, hökumət başçısı təxliyə olunaraq Vakayama Polis Departamentinə aparılıb, onun üçün həyatı təhlükə yoxdur.