DÜNYA
İtaliyada yaşayış binasında partlayış olub
15.04.2023 [17:22]
İtaliyanın Toskana regionunun Lukka əyalətinin Montekarlo şəhərində yaşayış binasında partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb, iki nəfər itkin düşüb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Mülki müdafiə qüvvələri itkin düşdüyü bildirilən iki nəfərin axtarışlarını davam etdirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.05.2023 [15:07]
29.05.2023 [21:54]
31.05.2023 [08:00]