DÜNYA
"Kızılelma"nın dördüncü sınaq uçuşunun görüntüləri
16.04.2023 [00:07]
Türkiyənin Baykar şirkətinin tamamilə öz imkanları ilə inkişaf etdirdiyi Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsinin uçuş sınaq kampaniyası planlaşdırılan istiqamətdə həyata keçirilib.
AZƏRTAC TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində dördüncü uçuşunu həyata keçirib.
Aprelin 10-da keçirilən inventar qəbul mərasimində dünyanın ilk SİHA gəmisi olacaq TCG Anadolu-nun uçuş göyərtəsində Bayraktar KIZILELMA və Bayraktar TB3 SİHA yer alıb.
Məlumat üçün qeyd edək ki, milli pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına 2024-cü ildə başlanılması planlaşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
01.06.2023 [20:28]
01.06.2023 [20:23]
01.06.2023 [14:52]
01.06.2023 [16:42]
02.06.2023 [18:57]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
02.06.2023 [22:15]