Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Kiyevin sahilyanı əraziləri su altında qalıb

17.04.2023 [14:29]

Xəbərin mətni

Son vaxtlar Ukraynada intensiv yağışların yağması Dnepr çayının məcradan çıxmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, paytaxt Kiyevdə Dnepr çayının sahilboyu ərazilərində bəzi iaşə obyektləri, restoranlar su altında qalıb. Dnepr çayının məcradan çıxması nəticəsində su təxminən 7-10 metr sahilə doğru istiqamət alıb.
Kiyev şəhər Meriyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, Kiyevdə suyun suvarılması səviyyəsinin artması ilə əlaqədar müəyyən ərazilərin su basıb və bu proses hələ də davam edəcək.