SİYASƏT


Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib

2023-cü ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında "Hərbi beşnövçülük" üzrə birincilik yarışları keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Yarış iştirakçılarına yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizəyə başlayıblar.