DÜNYA


Türkiyənin Kızılelma və Bayraktar TB3 PUA-ları geniş kütləyə təqdim olunub

İstanbulun Sarayburnu Limanında ziyarətçilərin üzünə açılan dünyada pilotsuz uçuş aparatları (PUA) daşımaq imkanı olan ilk hərbi desant gəmisi və bütün Türkiyənin fəxri “TCG Anadolu” ilk gündən böyük maraqla qarşılanıb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, səhər saatlarından növbə yaradan ziyarətçilər qrup halında gəmiyə aparılıb.
Səfərlər saat yerli vaxtla saat 13.00-da başlayıb, 18.00-da başa çatıb. “TCG Anadolu” ilk gündə 8 min 720 adam tərəfindən ziyarət edilib.