SİYASƏT


Budapeştdə Ümummilli Liderin 100 illiyinə həsr edilmiş gənclər forumu təşkil olunub

Azərbaycan Respublikasının Gənclər Fondu və Macarıstandakı səfirliyimiz tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş gənclər forumu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Eötvöş Mədəniyyət Mərkəzində keçirilən forumda Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin, Macarıstana akkreditə olunmuş diplomatik korpusun və Türk Dövlətləri Təşkilatının Budapeşt şəhərindəki Nümayəndəlik Ofisinin nümayəndələri, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Pakistan və Moldova diplomatik nümayəndəliklərinin rəhbərləri, elmi-akademik dairələrin, siyasi partiyaların və KİV təmsilçiləri, Azərbaycan diasporasının üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib.