SİYASƏT


Pekində Ümummilli Liderin 100 illiyinə həsr edilən sərgi və konsert təşkil olunub

Pekində Diaoyutay dövlət iqamətgahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi və konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının və ölkəmizin Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsinin, bu ölkənin Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının və digər dövlət qurumlarının nümayəndələri, Çində akkreditə olunmuş 50-yə yaxın xarici diplomatik korpus rəhbərləri iştirak ediblər.