SİYASƏT


Sərhəd-buraxılış məntəqəsi Qarabağdakı ermənilərin silahlandırılmasının qarşısını alacaq

Ötən gün Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Həmçinin, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına da məlumat verildi. Hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Laçın rayonunda sərhəd keçid məntəqəsinin qurulması tarixi hadisədir. Belə ki, bu prosesdən sonra artıq Azərbaycan Qarabağdakı ermənilərin gediş-gəlişinə tam nəzarət edir. Ekspert eyni zamanda diqqətə çatdırdı ki, Azərbaycanın öz ərazisində sərhəd keçid məntəqəsini qurması, ölkəmizdə sabitliyin qorunmasını daha da möhkəmləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır