Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Təyyarə quşla toqquşdu

25.04.2023 [00:43]

“Flydubai” şirkətinə məxsus təyyarə Katmandu hava limanından havaya qalxan zaman yanmağa başlayıb və yerə enməyə məcbur olub. Şirkətin mətbuat xidmətindən bildirilib ki, təyyarənin alovlanmasına səbəb havada quşla toqquşması olub. Baş verən hadisə zamanı xəsarət alan olmayıb. Təyyarə müvafiq texniki prosedurdan sonra təkrar havaya qalxacaq.