SİYASƏT


Vyanada minatəmizləmə əməliyyatları və mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Aprelin 25-də BMT-nin Vyana Bölməsində Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq “Humanitar minatəmizləmə - çağırışlar və innovativ həllər” adlı dəyirmi masa təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə keçirilən tədbirdə Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, BMT-nin Vyana Bölməsindəki daimi nümayəndəliklərin rəsmiləri və diplomatlar, eləcə də beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.
Dəyirmi masanın keçirilməsində məqsəd humanitar minatəmizləmə əməliyyatları, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, mina qurbanları, xüsusilə onların cəmiyyətə reabilitasiya və reinteqrasiyası, davamlı sülh, təhlükəsizlik və inkişaf üçün əhəmiyyəti, habelə bu istiqamətlərdə çağırışlar və innovativ həllər üzrə mövzuların müzakirəsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır