CƏMİYYƏT


“Heydər Əliyev İli” çərçivəsində hərbi-vətənpərvərlik mövzusunda tədbirlər keçirilir

Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən silsilə tədbirlər çərçivəsində bir qrup hərbi qulluqçu Şəki şəhər qarışıq tipli uşaq evini ziyarət edib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Burada hərbi qulluqçular tərəfindən qurbanlar kəsilib, ad günü olan uşaqlara müxtəlif hədiyyələr təqdim olunub və doğum günü tortu hədiyyə edilib.